Su təzyiq tənzimləyicisi (reduktor) niyə sıradan çıxır?
Su reduktoru nə üçün vacibdir?
Bakıdakı çoxmərtəbəli binalarda şəhər xəttindən gələn suyun təzyiqi 6-8 bara qədər yüksələ bilər. Su reduktoru bu təzyiqi təhlükəsiz 3-3.5 bara endirərək kombini, filtrləri və kranları partlamaqdan qoruyur.
Reduktorun nasazlıq əlamətləri:
- Kranı açanda su əvvəlcə güclü fışqırır, sonra dərhal zəifləyir.
- Reduktorun manometri 6-7 barı göstərir və təzyiqi endirmir (membran yırtılıb).
- Kranlardan su ümumiyyətlə çox zəif axır (reduktorun daxili setkası qumla tutulub).