Kranlar bağlı olduğu halda su sayğacı niyə fırlanır?
Bütün kranlar bağlıdır, amma sayğac yazır?
Mənzildə və ya həyət evində heç bir kran açıq olmadığı halda su sayğacının pəri asta-asta fırlanırsa, bu evdə gizli su itkisinin olduğunu göstərir. Bu hal həm yüksək su puluna, həm də qonşuların tavanının nəmlənməsinə səbəb olur.
İlk növbədə hara baxmalı?
- Unitazın baçoku (su çəni): Ən çox rast gəlinən səbəbdir. Armaturun rezin membranından unitazın içinə nazik, güclə görünən su axır. Unitazın daxilinə quru tualet kağızı yapışdırın — kağız dərhal islanarsa, səbəbkar baçokdur.
- Kombi və ya boylerin 3 bar təhlükəsizlik klapanı: Kanalizasiyaya birləşdirilmiş drenaj borusundan su axıb gedir.
- İçməli su filtrinin tullantı (drenaj) klapanı: Avtomatik klapan xarab olduqda membran suyu durmadan kanalizasiyaya axıdır.
- Divar və ya döşəmə altındakı borularda çatlar: Gizli santexnika borusu deşilib.