Hidrofor su nasosu su açılmadan öz-özünə işə düşür
Hidrofor niyə qəfil qoşulur və sönür?
Həyət evlərində və binalarda quraşdırılan hidrofor nasosunun su istifadə edilmədiyi vaxtda saniyəlik işə düşüb sönməsi ("təzyiq itkisi") ciddi narahatlıq yaradır.
Səbəblər:
- Əks-klapanın (çek-valf / obratnı klapan) sıradan çıxması: Nasos suyu vurduqdan sonra klapan kip bağlamır və su təkrar çənə qayıdır, təzyiq düşdüyü üçün rele nasosu yenidən işə salır.
- Hidrofor çəninin daxili rezin membranın deşilməsi: Çəndə hava qalmadıqda təzyiq kompensasiya olunmur və hər damcı itkisində nasos işə düşür.
- Sistemdə gizli mikro-sızma (unitaz baçoku və s.).
- Avtomatik idarəetmə platasının (press-kontrol) elektron xətası.