Su filteri ustası
3-4 dəq oxu
Su filtrindən su çox zəif və damcı-damcı gəlir — Bak təzyiqi
Kranı açanda su niyə dərhal kəsilir?
İstifadəçilərin ən çox rastlaşdığı hal: Kranı açırsınız, yarım stəkan su sürətlə axır, sonra isə nazik damcıya çevrilir. Çəni əllə yoxladıqda isə onun ağır və su ilə dolu olduğu hiss olunur.
Əsas səbəb: Su çəninin (bakın) havasının bitməsi
Filtrin yığma çəninin içində rezin membran və alt hissəsində hava kamerası var. Zamanla hava çıxdıqda membranı sıxıb suyu kranadək qaldıra bilmir.
Necə düzəltməli?
- Çənin altındakı velosiped tipli hava ventilini tapın.
- Çənin üstündəki mavi su kranını açıq qoyun ki, daxildəki su xaric olsun.
- Sadə velosiped və ya maşın nasosu ilə ventildən çənə 0.5 - 0.6 bar (7-8 PSI) hava vurun. Artıq hava vurmaq membranı partlada bilər!