Su filteri ustası
3-4 dəq oxu
Osmos su filtrinin membran və kartricləri niyə tez tutulur?
Kartriclər niyə vaxtından tez çirklənir?
Normalda ilkin 3 filtr 6 aydan bir, əsas membran isə 1.5 - 2 ildən bir dəyişdirilməlidir. Kartriclərin 1-2 aya sıradan çıxması bir neçə amillə bağlıdır:
Səbəblər:
- Şəbəkədə boru təmiri zamanı pas və lil axınının filtrlərə dolması.
- 1 mikronluq və kömür filtrlərinin vaxtında dəyişdirilməməsi nəticəsində xlorun birbaşa membranı məhv etməsi.
- Təzyiq nasosunun zəifləməsi — təzyiq 3 bardan aşağı olanda tullantı klapanı işləmir və membran yuyula bilmir.