Soyuducunun dondurucusu işləyir, amma alt kamera soyutmur
No-Frost soyuducularda ən məşhur nasazlıq
İstifadəçilər tez-tez bildirir: "Soyuducunun dondurucu kamerası buz kimidir, ətləri dondurur, amma aşağı soyuducu kamerada yeməklər xarab olur və istidir." Bu, No-Frost sisteminin avtomatik don açma (defrost) sisteminin nasazlığından xəbər verir.
Səbəb necə formalaşır?
- Dondurucunun arxasında yerləşən buxarlandırıcı radiator hər gün donur və defrost teni vasitəsilə əridilməlidir.
- Defrost teni (qızdırıcı), bi-metal termostat və ya istilik qoruyucusu yandıqda buz ərimir və hava kanallarını tamamilə tıxayır.
- Dondurucudakı soyuq havanı aşağı kameraya üfürən ventilyator və ya hava qapağı (damper) donmuş buzun içində sıxılıb qalır və aşağıya soyuq hava keçə bilmir.
Təcili addım:
Soyuducunu elektrikdən ayırın, qapılarını tam açıq qoyaraq 24-48 saat tam əriməsini gözləyin. Ərimədən sonra işə saldıqda alt kamera bir neçə gün normal soyudacaq, lakin defrost sistemi təmir olunmasa 1-2 həftəyə kanal yenidən buz bağlayacaq.