No-Frost soyuducu niyə qar və buz bağlayır?
No-Frost soyuducuda buz olmalıdırmı?
"No-Frost" texnologiyasının əsas üstünlüyü daxildə görünən qarın olmamasıdır. Əgər divarlarda qalın qar və qrov təbəqəsi yaranırsa, sistemin iş rejimi pozulub.
Səbəblər:
- Qapı rezinlərinin köhnəlməsi və yırtılması: Otaqdakı nəm hava kamerasının içinə sovrulur və dərhal qara çevrilir.
- Qapının uzun müddət açıq qalması və ya qapı bağlayıcısının əyilməsi.
- Daxilə qaynar qazan və sulu yeməklərin üstüaçıq qoyulması: Buxar dərhal divarlara hopur.
- Defrost sensorunun sıradan çıxması.