Paltaryuyan maşın suyu qızdırmır — Ten (qızdırıcı element) xətası
Paltaryuyanın soyuq su ilə yuması problemi
Paltaryuyanın şüşə qapısına yuma başlanandan 20-30 dəqiqə sonra toxunduqda şüşə isti deyilsə, maşın suyu qızdırmır. Bu zaman paltarlar yaxşı təmizlənmir və yuyucu toz ərimir.
Səbəblər:
- Qızdırıcı elementin (Ten) sıradan çıxması: Suyun codluğuna görə tenin üzəri qalın ərp təbəqəsi ilə örtülür, istiliyi ötürə bilmir və partlayır.
- Temperatur sensorunun (NTC) zədələnməsi: Tenin üzərində yerləşən sensor platanı aldadır.
- İdarəetmə platasında qızdırıcı relesinin yanması: Platadan tenə 220V gərginlik ötürülmür.
- Presostat nasazlığı: Maşın suyun dolduğunu tam təsdiqləmədən teni işə salmır.
Nasaz ten multimetrlə yoxlanılmalı və əgər müqavimət sonsuzluq göstərirsə, yeni orijinal tenlə əvəzlənməlidir.