Paltaryuyan maşının altından su axır — Sızma yerinin tapılması
Paltaryuyanın su buraxması
Döşəmədə su gölməçəsinin yaranması həm qonşuya su sızması, həm də elektrik vurma təhlükəsi yaradır. Dərhal maşını elektrikdən ayırın.
Ən çox sızan hissələr:
- Qapı rezin manjetinin yırtılması: Paltarın zənciri və ya yad cisim rezin manjeti deşir və qabaqdan su süzülür.
- Yuyucu toz qutusunun borusunun tıxanması: Yuyucu toz daşlaşaraq borunu bağlayır və su qutudan çölə daşır.
- Drenaj pompasının korpusu və ya xortumunun deşilməsi.
- Giriş şlanqının arxadan boşalması.