Paltaryuyan maşın sıxarkən tullanır və dəhşətli səs çıxarır
"Təyyarə qalxış səsi" və şiddətli vibrasiya
Sıxma zamanı paltaryuyanın bərk cingiltili səs çıxarması və vanna otağında yerindən hərəkət etməsi maşının mexaniki dayaq sisteminin sıradan çıxdığını bildirir.
Əsas səbəblər:
- Çənin podşipniklərinin (rulman) və salnikinin dağılması: Su salnikdən keçib podşipniki paslandırır. Boş halda barabanı əl ilə yuxarı qaldırdıqda lüft varsa və fırlatdıqda metal səsi gəlirsə, rulmanlar dəyişməlidir.
- Amortizatorların (demfer) boşalması: Çənin titrəyişini boğan amortizatorlar yağını itirdikdə çən divarlara çırpılır.
- Nəqliyyat boltlarının açılmaması: Yeni alınan maşınlarda arxadakı 4 ədəd daşınma boltu açılmadıqda maşın dərhal tullanır.
- Döşəmənin hamar olmaması və ayaqların düzgün tənzimlənməməsi.