Paltaryuyan maşın sıxmır və baraban fırlanmır
Paltarlar niyə sıxılmır və yaş qalır?
Proqram bitdikdən sonra paltarların su içində qalması barabanın yüksək dövriyyə (800-1200 dövr/dəq) yığa bilməməsindən qaynaqlanır.
Səbəblər:
- Paltarların bir yerə toplanması (disbalans): Yorğan, örtük kimi iri əşyalar tək yuyulduqda baraban bir tərəfə ağırlaşır və maşın silkələnməmək üçün sıxmanı dayandırır.
- Motor kömürlərinin (şotkaların) yeyilməsi: Kollektorlu mühərriklərdə kömürlər sürtülüb qurtardıqda motor güc yığa bilmir.
- Ötürücü qayışın (kəmərin) çıxması və ya qırılması: Motor fırlansa da baraban tərpənmir.
- Taxosensorun nasazlığı: Motorun dövriyyə sayını ölçən maqnit sensoru boşalıb.