Kondisionerdən gələn pis və nəm qoxusunun aradan qaldırılması
Kondisionerdən gələn pis qoxu sağlamlığa ziyandırmı?
Kondisioner işə düşərkən otağa nəm, kif və ya çürüntü qoxusunun yayılması daxili blokda göbələk və bakteriyaların (o cümlədən Legionella) çoxaldığını göstərir. Bu qoxu nəfəs yolları allergiyasına səbəb ola bilər.
Qoxunun səbəbləri:
- Pətəklərdə və drenaj vannasında daimi rütubətli mühitin qalması.
- İllərlə yuyulmayan hava filtrləri və pər turbini.
- Drenaj borusunun birbaşa kanalizasiya xəttinə süzgəcsiz (sifonsuz) qoşulması — kanalizasiya qoxusu birbaşa otağa sovrulur.
Necə təmizlənməlidir?
Sadəcə ətir vurmaq kömək etmir. Kondisioner xüsusi çətir (yuma örtüyü) geyindirilərək kimyəvi dezinfeksiya məhlulu və buxar generatoru vasitəsilə yuyulmalıdır.