Kombidən isti su gah isti, gah soyuq gəlir — Dalğalanma səbəbləri
İsti suyun sabit gəlməməsi problemi
Hamamda duş qəbul edərkən suyun bir neçə dəqiqədən bir qəfil qaynar, sonra isə buz kimi soyuq olması ən çox şikayət edilən problemlərdəndir. Bu, istifadəçi üçün böyük narahatlıq yaradır.
Əsas səbəblər:
- Şəbəkədə su təzyiqinin qeyri-sabit olması: Evdə hidrofor və ya su nasosu yoxdursa və su xəttində təzyiq enib-qalxırsa, kombinin axın sensoru alovu söndürüb-yandırır.
- İkinci eşanjörün ərplə tutulması: Bakı suları çox cod olduğu üçün mis/paslanmaz polad lövhələrin arası ərp qatı ilə örtülür. İstilik ötürülmür, kombi həddindən artıq qızaraq alovu söndürür, su soyuduqda isə yenidən yandırır.
- İsti su NTC temperatur sensorunun nasazlığı: Sensor temperaturu düzgün ölçə bilmir və plataya yalnış siqnal göndərir.
- Üçyollu klapanın (3 yollu vana) motorunun tam keçid etməməsi: İsti suyun bir hissəsi radiatorlara qaçır.
Həlli:
İkinci dərəcəli eşanjör xüsusi kimyəvi məhlul və aparat vasitəsilə ərpdən yuyulmalıdır. NTC sensorları multimetrlə test edilərək lazım gələrsə dəyişdirilməlidir.