Rozetkadan yanıq iyi gəlir, qığılcım çıxır və ya əriyir
Əriyən rozetka — yanğın riskidir!
Rozetkanın plastik qapağının qaralması, vilkanı çıxaranda uclarının isti olması və ya içərisindən cızıltı səsinin gəlməsi dərhal müdaxilə tələb edən qəza vəziyyətidir.
Səbəblər:
- Kontakt sıxaclarının boşalması: Naqili tutan vint boşaldıqda keçid müqaviməti kəskin artır və nöqtəvi qızma nəticəsində plastik əriyir.
- Alüminium və mis naqillərin birbaşa burulması: Qalvanik cütlük yaranır, naqil oksidləşir və qızır.
- Ucuz üçlük (troyik) və uzadıcıların istifadəsi: Yüksək vatlı qızdırıcılar üçün nəzərdə tutulmayıb.