Pitiminutka ustası
3-4 dəq oxu
Pitiminutka xodlanmır, batareya qığılcım vurmur — Səbəbi və həlli
Kranı açanda pitiminutka niyə reaksiya vermir?
Qaz kolonkasında (pitiminutka) isti su kranını açdıqda çırt-çırt qığılcım səsi gəlmirsə və alov yanmırsa, səbəb su və ya elektrik blokundadır.
Yoxlanmalı 4 vacib nöqtə:
- Batareyaların enerjisinin tükənməsi: Ən sadə və ən çox rast gəlinən səbəb. Cihazın altındakı iri "D" tipli batareyalar keyfiyyətli qələvi (alkaline) batareyalarla əvəz olunmalıdır.
- Su reduktorunun rezin membranın cırılması: Su axarkən membranı itələyib qaz klapanını və mikro-düyməni aça bilmir. Membran dəyişdirilməlidir.
- Mikro-sviç (balaca elektron düymə) kontaktlarının paslanması: Əl ilə itələdikdə qığılcım vurursa, deməli problem su blokunun milindədir.
- Mənzildə su təzyiqinin normadan aşağı olması.