Ariston ustası
3-4 dəq oxu
Ariston su qızdırıcısı gövdəyə və ya suya cərəyan (tok) vurur
DİQQƏT: HƏYATİ TƏHLÜKƏ!
Əgər kranı açanda su adamı çimdikləyirsə və ya Aristonun gövdəsinə toxunduqda elektrik cərəyanı hiss olunursa, dərhal Aristonun avtomatını şitdən söndürün və cihazı elektrikdən ayırın!
Niyə elektrik suya keçir?
- Tenin metal qabığının partlaması: Ərp qatından həddən artıq qızan ten deşilir və 220V gərginlik birbaşa suyun daxilinə keçir.
- Mənzildə torpaqlama (yerlənmə) xəttinin olmaması: Normalda cərəyan torpağa axmalı və avtomat atmalı idi.
- Diferensial avtomatın (UZO) quraşdırılmaması.
Bu nasazlıqda ten təcili dəyişdirilməli və xəttə mütləq qalıq cərəyan rölesi (UZO) qoyulmalıdır.